"Yerləşdiyimiz regionda qitələrarası qarşıdurma risqi yaradan və geniş coğrafiyanı əhatə edən münaqişələr fonunda milli təhlükəsizlik məsələsi bütün hüquq və azadlıqlardan ön yerə çıxır".

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkilin (Ombudsman) Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə əlaqədar məruzəsinə münasibət bildirən deputat Zahid Oruc deyib.

O qeyd edib ki, yaranmasından keçən 25 il ərzində illik Məruzələr Ombudsmanın fəaliyyətinin əsas meyarı, insan hüquqları sahəsində aparılan dövlət siyasətinin indikatoru, Müvəkkilin Konstitusiya ilə müəyyən edilən səlahiyyətlərinin gerçəkləşdirilməsi səviyyəsinin mühüm göstəricisidir:

"Məruzənin həsr olunduğu il Azərbaycan üçün milli və beynəlxalq səviyyədə tarixi uğurlarla zəngin olub. Xüsusilə “Konstitusiya və Suverenlik ili”-dövlətimizin tam suverenliyinə nail olması on minlərlə məcburi köçkünün doğma torpaqlarına qayıdışı ilə yanaşı, ilin sonunda elan edilən amnistiya aktı 20 mindən çox insanı əhatə etdi.

2025-ci ildə ölkəmizdə və regionda Azərbaycanın Zəfəri ilə başlayan yeni mərhələ insan hüquqları sahəsində dünyada heç bir ölkənin nail olmadığı uğura-Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması kimi tarixi addım atılıb.

Məruzədə bir çox müsbət ilklər yer alıb və onları məhz strukturda aydın görmək mümkündür. İlk dəfə 7 yeni yarımfəsil əlavə edilib, “I Fəslin, 1.3.” 1.3. Əhali qruplarının hüquqlarının müdafiəsi” adlanan altbəndində “ 1.Ermənistandan qaçqın düşən azərbaycanlıların hüquq və azadlıqları” yeni istiqamətdir. Məruzədə təklif və tövsiyələrin səhifə həcmi ötən ildəkindən çox-12 səhifə təşkil edib, 2024-cü ilin Məruzəsi ilə müqayisədə ( 78 təklif və tövsiyyə), daha çox- 94 təklif və tövsiyyə yer alması mahiyyətcə yeni, praktiki yanaşmanı ifadə edir. Diaqramların sayı isə ötən ilki 6dan 20 diaqrama yüksəldilib. Milli Preventiv mexanizmə uyğun olaraq, başçəkəmələrin müsbət nəticələri ortadadır. Beləliklə, hesabatın strukturu, insan hüquqlarının qorunması sahəsində fəaliyyəti ombudsmanların dünya praktikasında mövcud standart və tələblərinə cavab verməklə, həcm və əhatə baxımından da təkmilləşdirilib".

Deputat bildirib ki, Ombudsmana müraciətlərin statistikası və dinamikası mühüm əhəmiyyət kəsb edir: “2025-ci ildə Müvəkkilə 42, 685 sayda müraciət edilib: "Ombudsmanın ünvanına 29.371 müraciətin daxil olduğu 2024-cü illə müqayisədə 13, 314 müraciət çoxdur. Çağrı mərkəzinə “916” çağrı mərkəzinə 14, 718 zəng daxil olub və hüquqi məsləhətlər verilib. Rəqəmlər həm hakimiyyət orqanlarının fəaliyyəti, həm də problemlərin coğrafiyası və miqyası haqda aydın təhlillər aparmağa imkan verir.

Məruzədə 2025-ci ildə aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlər nəticəsində Suriya Ərəb Respublikasından 18 nəfər (5 qadın, 13 uşaq) Azərbaycan Respublikası vətəndaşının ölkəyə repatriasiyasının təmin olunduğu vurğulanır. Lakin Rusiya-Ukrayna müharibəsində həyatını itirən və yaralanan vətəndaşlarımızın məsələsinə də ayrıca yer verilməsinə ehtiyac var.

Hüquq və azadlıqların məhkəmə təminatı, mərkəmə qərarlarının icrası ilə bağlı nəhayət, xüsusi icraat institutunun yaradılması, sağlamlığın qorunması hüququ, xüsusilə regionlar üzrə həkimlərin sayının əhalinin sayına mütənasibliyi məsələsi, narkomaniya və toksikomaniya xəstələrinin sayı, narkotik maddələrin qanunsuz dövriyyəsinə və satışına qarşı daxili işlər orqanlarının peşəkar və qətiyyətli mübarizəsi, mənzil hüququnun təminatı sahəsində əsasən Bakı şəhərində aparılan tikinti-quruculuq işləri zamanı vətəndaşlar və tikinti quurmları arasında yaranan problemlər problemlər və onların həlli yolları təklif olunub.
Sonda, tövsiyələrimizi qeyd etmək istərdik. Belə ki, artıq “özünü ləğv edən” separatçı qurumun “ombudsmanı” süni fəallıq və mövcudluq görüntüləri yaradır, müxtəlif hesabatlar tirajlayır. Qondarma qurumun müvəkkili ABŞ vitse-prezidentinin sepratçı rəhbərlərlə bağlı müraciət etmişdilər. Tez bir zamanda Qarabağ bölgəsində konstitutsional hüquqi əsaslı regional Ombudsman Mərkəzinin açlması saxta “ombudsmanlara” cavab olardı.

Həmçinin Vətən müharibəsində Qələbəmizdən sonra bütün dövlət institutları kimi, Müvəkkilin yeni institutional hədəfləri qarşıya qoyduğunu nəzərə alaraq, Azərbaycanı hesabatlarına daxil edən ölkələrdə insan haqlarının durumuna dair türk dövlətləri ilə birgə reportlar hazırlamaq təsirli əks addımlardan biri olar.

Süni İntellekt və insan hüquqları yönündə Ombudsmanın fəallığını müsbət qiymətləndiririk. Dövlətimizə qarşı xaricdən idarə olunan hibrid hücumlar və süni zəka əsaslı deep feyklər insan haqlarını pozan ən böyük problemə çevrilib. Xüsusilə də xarici dövlət himayəli terror mediasının sistemli hücumlarına qarşı Ombudsmanın Məruzələrində sərt mövqenin göstərilməsi təkcə vətəndaşların, dövlət institutlarının deyil, həm də milllətimizin hüquqlarının qorunmasının ən mühüm töhvə olardı".