BAKI, 21 may. TELEQRAF

Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçular və mülki işçilərin sayı açıqlanıb.

Teleqraf xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.

Siyahı aşağıdakı kimidir:

- zabit və gizir qadın hərbi qulluqçular - 329 nəfər;

- müddətdən artıq həqiqi hərbi xidmət edən qadın hərbi qulluqçular - 1602 nəfər;

- qadın mülki işçilər 10218 nəfər;

Həmçinin Müdafiə Sənayesi Nazirliyi ilə bağlı statistika açıqlanıb.

Qeyd olunub ki, bu ilin yanvarına olan statistik hesabata əsasən, işçilərin ümumi sayı - 6331 nəfər, qadınların sayı 2137 nəfər, rəhbər vəzifədə çalışan qadınların sayı 151 nəfər, rəhbər vəzifədə çalışan kişilərin sayı 613 nəfər təşkil edib.

- rəhbər vəzifədə çalışan qadın hərbi qulluqçular - 4 nəfər;

- rəhbər vəzifədə çalışan qadın mülki işçilər - 2 nəfər,

Dövlət Sərhəd Xidmətində çalışanlardan 87 faizi kişilər, 13 faizi isə qadınlardan ibarət olub.

İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.