
BAKI, 20 fevral. TELEQRAF
Qazax rayonunun işğaldan azad olunan dörd kəndində aşkarlanan minaların sayı açıqlanıb.
Teleqraf-ın xəbərinə görə, Dövlət Sərhəd Xidməti (DSX) rəisinin birinci müavini - Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov həmin ərazilərdə indiyədək 177 mina tapıldığını bildirib.
Onun sözlərinə görə, Qazaxın dörd kəndi azad edildikdən sonra DSX-nin mühəndis və istehkam bölmələri 9,06 hektar ərazidə axtarış əməliyyatları aparıblar: “Nəticədə 155 piyada əleyhinə, 19 tank əleyhinə mina, 3 piyada əleyhinə tələ və 22 partlamamış hərbi sursat zərərsizləşdirilib”.
Qeyd edək ki, Qazaxın 4 kəndi - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı 2024-cü il 24 may tarixində Azərbaycan sərhədçiləri tərəfindən tam nəzarətə götürülüb.