BAKI, 26 iyun. TELEQRAF
Artan sərnişin tələbatı nəzərə alınaraq iyunun 25-də Bakı–Balakən qatarına əlavə 8 vaqon qoşulub. Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla yola düşüb.
Teleqraf xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yaydığı məlumatda qeyd olunub.
Qurumun məlumatına görə, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edib.
Bildirilib ki, ADY qeyri-iş günlərində (26-29 iyun) gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirəcək.
Artan sərnişin tələbatı nəzərə alınaraq, qeyd olunan tarixlərdə Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.