BAKI, 11 iyul. TELEQRAF
Mətbuat dekolonizasiya prosesində obyektiv informasiya təqdim etməklə demokratik müzakirələrin inkişafına mühüm töhfə verə bilər.
Teleqraf xəbər verir ki, bunu “Fransa müsəlmanları” xəbər portalının təsisçisi Jan-Mişel Brun “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, XIX əsrdə Fransa mətbuatı müstəmləkəçiliyi “sivilizasiya missiyası” kimi təqdim edərək zorakılıq və istismarı gizlədirdi:
“Bu gün media yerli xalqların səsini eşitdirməli, tarixi stereotipləri dağıtmalı və kolonial keçmişlə bağlı həqiqətləri ictimaiyyətə çatdırmalıdır”.