Əməkdar artist Şəbnəm Tapdıq yaxın günlərdə mətbuatda dünyamiqyaslı müğənni adlandırılmasına münasibət bildirib.

Sənətçi Teleqraf.com-a açıqlamasında deyib ki, dünyamiqyaslı müğənni olduğunu “Nanəli” verilişində sənətçilər deyib, özü yox: “Sadəcə, o sualı mənə verəndə təsdiqləmişəm. Mənim Türkiyədə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bir çox konsertlərim oldu. Orada restoranlarda oxumamışam ki...

Dövlət konsertlərində tez-tez çıxış edirdim. Bizim gördüyümüz işlər kənarda qalıb. Hansısa ölkədə çıxış edib və o ölkənin dilində mahnı oxumaq müğənni üçün böyük hünərdir. Onu da bildirim ki, müğənni kimi fəaliyyətimə türk mahnıları ilə başladım. İlk vaxtlar insanlar elə bilirdi ki, Türkiyədən gəlmişəm. Adım da fərqli idi, o vaxt Şəbnəm yalnız mənim adım idi”.

Rəqsanə