Rusiyada məşhurlaşan azərbaycanlı bloqer Hüseyn Həsənov vergi borcunun hamısını ödəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə bloqer "Instagram" hesabında məlumat paylaşıb.

O, Rusiya vergi orqanlarına 300 milyon rubldan çox (təxminən 5 milyon 670 min manatdan artıq) ödəyib.

Vergi borcuna görə vergi orqanları onun Moskvadakı bahalı mənzilini və avtomobillərini əlindən almağa çalışırdı.