Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev bir neçə gün əvvəl Mərkəzi Gömrük xəstəxanasına yerləşdirilən xalq yazıçısı Çingiz Abdullayevin son durumundan danışıb.

Teleqraf.com-a açıqlamasında o, Çingiz Abdullayevin bu gün xəstəxandan evə buraxılacağını deyib:

"Səhhəti yaxşıdır. Bu gün xəstəxanadan evə buraxılacaq. Gələn həftənin ilk iş günü fəaliyyətinə davam edəcək”.

Qeyd edək ki, Çingiz Abdullayev bir neçə gün əvvəl zəhərlənib. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.