Xərçəng xəstəliyi ilə mübarizə aparan əməkdar artist Gülbahar Şükürlü xəstəxanadan evə buraxılıb.

Bu haqda Teleqraf.com-a qarmon ifaçısının ailə üzvü məlumat verib:

"Evdə müalicəsi davam edir. Səhhəti yaxşılığa doğru gedir. Həkimlər bildirirlər ki, müalicəsində müsbət irəliləyiş var".

Qeyd edək ki, bir müddət əvvəl Gülbahar Şükürlünün başında onkoloji şiş aşkarlanmışdı.