Türkiyənin məşhur müğənnisi Hande Yenerin konserti ləğv olunub.

Teleqraf.com xəbər verir ki, Balıkesir Büyükşehir Bələdiyyəsi konserti LGBT-ni dəstəkləməsi iddiası ilə ləğv edib.

"Bəzi reaksiyalara görə konsertimiz ləğv edilib. İstənilən fikrə hörmətlə yanaşıram, amma bəzən bir-birimizin səsi olmalıyıq. Mən qadağan ediləcək bir iş gördüyümü düşünmürəm", - deyə Hande Yener qeyd edib.