Türk aktrisa Dilan Çiçək Dəniz qatıldığı tədbirdə siması ilə diqqət çəkib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış aktrisanın gözündə və çənəsində plastik əməliyyat etdirdiyi iddia edilib.
Tədbirə sevgilisi aktyor Mert Yazıcıoğlu ilə gələn aktrisa şəxsi həyatı ilə bağlı "Hər şey yaxşıdır. Mən xoşbəxtəm" deyərək gülümsəyib.
Dilan Çiçək Dənizin müsahibə zamanı çəkilən görüntüləri qısa zamanda sosial mediada gündəm olmağı bacarıb.
İddialara cavab olaraq aktrisa makiyajsız fotosunu İnstaqramda paylaşaraq təndiqlərə belə cavab verib.
"Vallahi bezdim" -aktrisa qeyd edib.
