Türkiyəli məşhur müğənni Kıraç sabah Azərbaycana gələcək.

Teleqraf.com xəbər verir ki, Kıraç oktyabrın 22-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

Kıraç səhnədə sevilən mahnılarını səsləndirəcək.

Konsert "Anadolu Events"in təşkilatçılığı ilə baş tutacaq.