İraqlı iş adamı Rassan Xoşnəv ilə evləndiyi iddia edilən türkiyəli müğənni Ebru Gündeş ilk dəfə səssizliyini pozub.

Teleqraf.com xəbər verir ki, məkanların birində Demet Akalını dinləyən ifaçı həmkarının ona ünvanladığı "Ailə qurursan?" sualına "Mənimlə bağlı çox danışırlar. Haqqımda çoxlu yalan iddia var. Beş ildir ki, danışmıram", - deyə cavab verib.