Müğənni Elnarə Xəlilova həyat yoldaşı Rövşən Cahangirov haqda sosial şəbəkədə paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Elnarə Xəlilova İnstaqramda oğlunun videosunu paylaşaraq onun cəbhədə olan atası üçün darıxdığını deyib:

"Allah bütün evləri atalı-analı eləsin, inşallah. Atanın yolunu səbirsizliklə gözləyənlərin hamısını Allah arzularına çatdırsın. Bütün atalar evlərinə sağ-salamat qayıtsınlar. Bizimki də onun içində".

Qeyd edək ki, cütlüyün dörd övladı var.