Məşhur aparıcı Xoşqədəm Hidayətqızı həmkarlarına söz atıb.
Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı sosial şəbəkədə reytinqinin həmişə yüksək olduğunu qeyd edib.
"Görün neçə iş yeri dəyişdim, amma reytinqim düşmədi. Bu, hər aparıcıya nəsib olmayan bir xüsusiyyətdir. Sən iş yerini dəyişəsən, amma eyni reytinq, eyni sevgi... Mən oğul istəyirəm ki, mənim kimi iş yerini dəyişsin, amma bu reyinqi saxlasın. Görüm saxlaya bilər? Xeyr. Çox xoşbəxtəm".