Xalq artisti İlham Namiq Kamal kinorejissor Şeyx Əbdül Mahmudovun “Qaynana” filmini tənqid etməsinə münasibət bildirib.
İlham Namiq Kamal Teleqraf.com-a açıqlamasında Şeyx Əbdül Mahmudovu tanımadığını deyib:
"Mən elə bir adam tanımıram. Axı, o kimdi? Getsin öz dərdini çəksin, camaatla nə işi var?! Bəlkə onlar başqalarının hesabına populyar olmaq istəyirlər. Çox insanlar var ki, başqasının hesabına populyarlıq yolu seçir. Film ulu öndərin sifarişi ilə çəkilib. Ekran əsəri Azərbaycanda həmişə göz qabağında olub. Mənə peşəkar adamlar haqda sual verin. Hazırda teatrda məşqədəyəm".
Qeyd edək ki, Şeyx Əbdül Mahmudbəyov bu sözləri deyib: "Qaynana" əsəri Azərbaycan ədəbiyyatına və əxlaqına xas deyil. Bəlkə də mən kino və teatr sahəsindəki yeganə ziyalıyam ki, “Qaynana” əsərinə qarşıyam. Bu əsər Azərbaycan ədəbiyyatına və əxlaqına xarakterik deyil”.
Xatırladaq ki, “Qaynana” filmi 1978-ci ildə çəkilib. Ekran işində SSR xalq artistləri Nəsibə Zeynalova, Fuad Poladov, Xalq artistləri İlham Namiq Kamal, Səfurə İbrahimova kimi sənətkarlar rol alıb.