Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz həyat yoldaşı Mehin Novruzla sosial şəbəkədə fotosunu paylaşıb.

Teleqraf.com xəbər verir ki, evliliyinin on ikinci ilini qeyd edən Cavidan Novruz həyat yoldaşı haqda bu sözləri yazıb: "Düz 12 il öncə başıma gələn ən gözəl hadisəm və hadisələrim...12 illiyimiz mübarək! Bundan sonra neçə-neçə on illiklər ümidi ilə gələcəyə davam. Həm də doğum gününü ürəkdən təbrik edirəm.

Çox uzatmayacam, sadəcə bunu deyim, Turana yaxşı ana olduğuna və ümumilikdə hər şeyə görə sənə təşəkkür edirəm. Günün sonunda olsa da bağışla, əsas bura yox, reallıqdır".