"Allahı hiss etdikcə, sevdikcə, qəbul etdikcə bütün dinlərdən, rituallardan uzaqlaşıram".

Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə aparıcı-bəstəkar Murad Arif yazıb:

"Çox qəribə duyğudur. Ona sonunadək inanır, dualar edir, hər davranışımda onu düşünür, hər saniyəmə şükür edirəm. Allah var, Allah mütləqdir, mükəmməldir, gözəgörünməzdir, hər yerdədir, böyükdür. Mənim üçün Allah ilahi düzən, ilahi balans, kainatın memarı, yaradılışın səbəbkarıdır.

Amma dini rituallara, ayinlərə, məkanlara qarşı bir o qədər də soyuqlaşıram. Yaradan mənim həddindən artıq şəxsi, ürəyimin döyüntüsü, vicdanımın səsi kimi məxfi hissiyatımdır. Bunu izah edə bilmərəm..."