Aparıcı Xoşqədəm Hidayətqızının stressdən səsi batıb.
Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı bu haqda aparıcılıq etdiyi ARB televiziyasında deyib.
“Sizdən bir diləyim var, xahiş edirəm ki, səmimi olun. Verilişə gələrkən aldatmayın. Bu, bir az minnət kimi çıxacaq, amma vicdanını itirmişlərin, əməyi heç edənlərin addımları səsimi tutub. Stressdən səsim tutulub. Mən jurnalistəm, öncədən demək olmaz, susuram. Bu da səhhətimə təsir edir. Bu qədər müalicələr etsəm də, hələ səsim açılmır. Sizə tam səmimi deyirəm ki, buradakı hadisələrin nəticəsidir. Çox təəssüf ki, vaxtından əvvəl heç nəyi açıqlaya bilmirəm", - o bildirib.
Xoşqədəm Hidayətqızı gecələr yata bilmədiyi və ona görə də stressin onun səhhətini pisləşdirdiyini söyləyib: "Bura gələn hər kəsdən xahiş edirəm ki, əgər milyonların qarşısına çıxmağa qərar vermisinizsə, bilin ki, bu studiyada siz olanda milyonlar baxır. Yalanınızı bilən insanlar var, ən azı onları aldatmayın".