BAKI, 10 iyul. TELEQRAF

2025-ci ildə Azərbaycanla Meksika arasında ticarət dövriyyəsi rekord həddə - 306,2 milyon ABŞ dollarına yüksəlib.

Bunu Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Teleqraf-a müsahibəsində deyib.

Onun sözlərinə görə, 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsi 306,2 milyon ABŞ dollarına çatıb və Meksika Azərbaycanın 17-ci ən böyük təchizatçısı olub:

"Qızıl, nəqliyyat vasitələri, sənaye məhsulları və içkilərlə yanaşı, avokado, kakao, şokolad, noxud, tekila, tibbi avadanlıqlar, eləcə də neft-qaz və polad sənayesi üçün ixtisaslaşmış xidmətlər iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdir. Azərbaycanın metallurgiya, energetika, aqrar sənaye və logistika sahələrindəki imkanları ilə Meksikanın istehsal sənayesi və kənd təsərrüfatı sahəsindəki təcrübəsi bir-birini tamamlayır".

Diplomat əlavə edib ki, tərəflər qarşılıqlı investisiyaların təşviqini gücləndirməyi, prioritet sahələri müəyyən etməyi və hər iki ölkənin şirkətlərinin birgə layihələrdə iştirakını asanlaşdırmağı hədəfləyirlər.