BAKI, 19 may. TELEQRAF

2026-cı ilin aprelində yay mövsümü başlayandan bəri Avropa İttıfaqı ölkələri tərəfindən yeraltı anbarlara vurulması 9 milyard kubmetrdən çox qaz vurulub.

Teleqraf xəbər verir ki,
Hazırda Avropanın yeraltı qaz anbarları bir il əvvəlki 44,4% ilə müqayisədə 36,56% doludur. Anbarlarda 40 milyard kubmetrdən çox qaz var.

Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-dək qaz anbarlarında 90% doluluğu təmin etməlidirlər.

Beləliklə, 2026-2027-ci illərin payız-qış dövrünün başlanğıcına qədər Avropa anbarlarına 68 milyard kubmetr qaz vurulmalıdır. Bir il əvvəl Avropa anbarlara 55 milyard kubmetr qaz vura bilmişdi.