BAKI, 24 may. TELEQRAF
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın “Zeytun” batalyonunun snayperinin zərərsizləşdirildiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qəzza şəhəri briqadasının tərkibində fəaliyyət göstərən “Zeytun” batalyonunun üzvü Luay Hişam Mahmud Basal dəqiq zərbə nəticəsində məhv edilib.
SAXAL-ın açıqlamasına görə, həmin şəxs İsrail hərbçiləri üçün birbaşa təhlükə yaradırdı.
İsrail ordusu həmçinin qeyd edib ki, kəşfiyyat məlumatlarının təhlili Basalın 2023-cü il oktyabrın 7-də “Zikim” bazasına hücumda iştirak etdiyini göstərir.