BAKI, 21 may. TELEQRAF
"Bakı-Tblisi-Bakı qatarlarına bilet qiymətlərinə qidalanma daxil deyil".
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
Onun sözlərinə görə, hazırkı qatarları 2019-cu ildəki qatarlarla müqayisə etmək düzgün deyil:
"Artıq siniflər həmin qatarlardakı şəraitə uyğun deyil. Daha komfortlu siniflərdir. Digər tərəfdən pandemiyadan sonra bütün dünyada dəmiryolu nəqliyyatında qiymətlər 110% bahalaşıb. Lakin 25-30 gün öncədən biletləri daha ucuz əldə edə etmək mümkün olacaq".