BAKI, 21 may. TELEQRAF
Mayın 25-də Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq.
Azərbaycan Dəmir Yollarından Teleqraf-a verilən məlumata görə, Bakıdan Tbilisiyə minimal bilet qiyməti 81 manat təşkii edir.
Bölgələrdən Tbilisiyə bilet tarıflərinə gəlincə, Yevlax-Tbilisi 67, Gəncə-Tbilisi 62, Ağstafa-Tbilisi 57, Böyük Kəsik-Qardabani 51 manatdır.
"Lüks" sinif üzrə bilet qiymətləri isə aşağıdakı kimi müəyyən edilib.
Bakı- Tbilisi 180, Yevlax-Tbilisi 144, Gəncə-Tbilisi 132, Ağstafa-Tbilisi 120, Böyük Kəsik-Qardabani 102 manatdır.
"Komfort+" sinifində tariflər Bakı-Tbilisi marşrutu üzrə 117, Yevlax-Tbilisi 94, Gəncə-Tbilisi 86, Ağstafa-Tbilisi 78 , Böyük Kəsik-Qardabani 68 manatdır.