BAKI, 22 may. TELEQRAF

Birləşmiş Ərəb Əmirlikləri may ayında Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxmazdan əvvəl üç il ərzində bu qərarı nəzərdən keçirib.

Teleqraf xəbər verir ki, bu barədə BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş bildirib:

"BƏƏ son üç ildir ki, OPEC-dən çıxmaq qərarını nəzərdən keçirir. Bunun səbəbi bizim OPEC kvotasının icazə verdiyindən daha çox neft hasil etməməyimizlə bağlıdır. Hasilat baxımından faktiki olaraq uduzuruq".

Qarqaş qeyd edib ki, BƏƏ-nin karbohidrogenlərə baxışı bir qədər fərqlidir.

Xatırladaq ki, BƏƏ mayın 1-də OPEC və OPEC+ üzvlüyündən çıxıb. Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) baş direktoru Sultan bin Əhməd Əl Cabir bu qərarın dövlətin suveren maraqlarına uyğun olduğunu və digər ölkələrə qarşı yönəlmədiyini bildirib. BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Al Mazrouei öz növbəsində qeyd edib ki, ölkənin bu qərarı onun uzunmüddətli iqtisadi baxışına, enerji potensialının inkişafına və qlobal enerji təhlükəsizliyinə sadiqliyinə əsaslanır.