BAKI, 7 may. TELEQRAF
Mövcud qanunvericilik ayrı-ayrı fermer təsərrüfatlarında yaşıl enerjinin, xüsusilə günəş panellərinin tətbiqinə imkan verir. “Azərişıq” və yaxud yaxındakı enerji sistemindən müvafiq texniki şərt almaqla, 150 kV-dək olan güc üçün heç bir icazə tələb olunmur.
Teleqraf xəbər verir ki, bu barədə energetika nazirinin müavini Samir Vəliyev III Beynəlxalq Aqrar İnnovasiya Forumunda panel müzakirəsi zamanı deyib:
“Avtonom rejimdə işləmək üçün isə texniki şərtin belə alınmasına ehtiyac qalmır. Azərbaycanda kifayət qədər əlverişli mühit yaradılıb ki, fermerlər bu imkanlardan istifadə etsinlər”.