BAKI, 7 may. TELEQRAF

Aqrar sahədə süni intellektin istifadəsi ilə fermerlərə dövlət dəstəyinin verilməsi prosesi sürətləndirilir.

Teleqraf xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova III Beynəlxalq Aqrar İnnovasiya Forumunda panel müzakirəsi zamanı deyib.

İ.Qədimova qeyd edib ki, fermerlər bildiyiniz kimi dövlət dəstəyi üçün müəyyən monitorinü nəticələrini gözləyirlər:

“Bu monitorinqlər isə fiziki insanlarla aparıldığında müəyyən bir vaxt aparır. Dövlət dəstəyini daha tez verməyimiz üçün süni intellektlə yoxladığınız nəticələrə uyğun olaraq bu dəstəyini qısa müddət ərzində tədbiq edə bilərsiniz. Çalışmalarımız göstərib ki, bu fermerin dəstəyə əlçatanlığını ən azı 3 ay sürətləndirmiş olacaq. Cari halda da bitki növünün müəyyən edilməsi ilə bağlı 636 min hektar ərazidə bu çalışma aparılıb”.