BAKI, 7 may. TELEQRAF
Bu ilin sonunadək aqrar sahədə 33 süni intellekt alətinin hazırlanması planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova III Beynəlxalq Aqrar İnnovasiya Forumunda panel müzakirəsi zamanı deyib.
O bildirib ki, aqrar sahədə rəqəmsallaşma və süni zəka üzrə hazırda hazırlanmış 13 süni intellekt alətinin istifadəsinə başlanılıb:
“2026-cı ilin 1-ci yarısında 18 süni intellekt alətinin hazırlanması nəzərdə tutulub. Bu ilin sonuna isə 33 süni intellekt alətinin hazırlanması planlaşdırılıb", - nazir müavini qeyd edib.