BAKI, 8 aprel. TELEQRAF
2026-cı ildə Özbəkistan ilə ABŞ arasında müştərək investisiya platformasının fəaliyyətə başlaması planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyasının rəhbəri Saida Mirziyoyeva bildirib.
S. Mirziyoyeva ABŞ-nin Beynəlxalq Maliyyə İnkişaf Korporasiyasının (DFC) baş direktoru Ben Blek ilə keçirdiyi görüşdə genişmiqyaslı layihələr portfelinin müzakirə olunduğunu qeyd edib.
Razılaşmaya əsasən, DFC amerikalı investorların Özbəkistan bazarına cəlb edilməsinə dəstək verəcək və mümkün maliyyə risklərini bölüşəcək.