BAKI, 25 mart. TELEQRAF
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan 14 milyon 826.05 min ABŞ dolları dəyərində 11 min 259.32 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 3 milyon 743.09 min ABŞ dolları (31.85%) çox, miqdar baxımından isə 96.78 ton (0.82%) azdır.
Yanvar-fevral aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı ölkənin ümumi ixracının 0.42%-ni təşkil edib.