BAKI, 25 mart. TELEQRAF
Budapeşt “Drujba” kəməri vasitəsilə Kiyevə qaz tədarükünü dayandırıb.
Teleqraf xəbər verir ki, Macarıstanın Baş Naziri Viktor Orban bu qərarın hökumətin iclasında qəbul edildiyini bildirib.
“Ukrayna neft tədarük etməyincə, Macarıstandan qaz almayacaq. Biz Macarıstanın enerji təhlükəsizliyini qoruyacağıq, benzinin sabit qiymətini və qazın endirimli tariflərini saxlayacağıq”, – deyə Orban qeyd edib.
Qeyd edək ki, yaxın keçmişdə Ukrayna yalnız Rusiya qazını Macarıstana tranzit edirdi, həm də əks istiqamətdə işləyə bilən kəmər vasitəsilə oradan qaz alırdı. “Ukrayna Qaz Nəqliyyat Sistemi Operatoru”nun məlumatına görə, 2025-ci ildə Ukrayna idxal etdiyi qazın təxminən 46%-ni Macarıstandan alıb. Bu tədarük onun aylıq ehtiyacının 20–30%-ni təmin edirdi.
2025-ci ildə Macarıstandan Ukraynaya ixrac olunan təbii qazın ümumi həcmi təxminən 2,5 mlrd kubmetr olub və 2022-ci illə müqayisədə beş dəfə artıb. Macarıstan digər mənbələrdən gələn qazı öz ərazisindən tranzit edib.