BAKI, 21 mart. TELEQRAF

İran hazırda dənizdə neft daşıyan tankerə malik olmadığını və ixrac üçün əlavə enerji resursları ehtiyatının olmadığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İslam Respublikasının Neft Nazirliyinin nümayəndəsi ABŞ-nin maliyyə naziri Scott Bennett tərəfindən irəli sürülən təklifə münasibət bildirərkən danışıb.

Bildirilib ki, hazırda İranın dənizdə faktiki olaraq neft yüklü tankerləri yoxdur və beynəlxalq bazarlara çıxarmaq üçün əlavə həcmdə xammal mövcud deyil.

İran tərəfi ABŞ rəsmisinin təklifini psixoloji oyun kimi qiymətləndirib. Qeyd olunub ki, bu cür açıqlamalar bazar iştirakçılarına təsir göstərmək və qiymət gözləntilərini idarə etmək məqsədi daşıyır.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyinin rəhbəri daha əvvəl İran neftinin sanksiyalardan çıxarılması variantının nəzərdən keçirildiyini bildirmişdi. Onun sözlərinə görə, söhbət tankerlərə yüklənmiş təxminən 140 milyon barel neftdən gedir.