BAKI, 17 mart. TELEQRAF
Azərbaycanda portfel investisiyaları üzrə kəsirin formalaşması aktivlərin artması ilə bağlıdır.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair Tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
O qeyd edib ki, bu ölkədə fəaliyyət göstərən dövlət-özəl müəssisələri, neft-qaz sektorunda fəaliyyət göstərən müəssisələr və investisiya şirkətlərinin bu dövrdə böyük həcmdə xaricdən portfel investisiyaya yatırım etməsi ilə bağlıdır:
“Əsasən ABŞ-nin borc qiymətli kağızlarına yatırım edilib. Portfel investisiyalarının bu həcmdə artması növbəti dövrdə CƏB-in ilkin gəlirlər hesabının profisini artıracaq. Portfel investisiyaların kəsirinin artması bizi qəti narahat etmir, hətta bu növbəti dövrlərdə digər maddələrin artımını stimullaşdıracağına əsas verir. Öhdəliklərlə bağlı demək olar ki, dəyişiklik yoxdur”.