BAKI, 17 mart. TELEQRAF
2025-ci ildə Azərbaycanın kapital və maliyyənin hərəkəti hesabının hesabının mənfi saldosu 5 milyard dollar təşkil edib.
Teleqraf xəbər verir ki, bunu Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Məlum olub ki, ötən il Azərbaycanın xalis maliyyə aktivləri 5,4 milyard dollar, xalis maliyyə öhdəlikləri isə 0,4 milyard dollar artıb.