BAKI, 17 mart. TELEQRAF

Yaxın Şərqdə baş vermiş münaqişə diqqətlə izlənilir və proqnozlar aparılır.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair Tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

O qeyd edib ki, münaqişə hələ qısa bir müddətdə baş verdiyi üçün dəqiq data hələ yoxdur:
“Sizin də bildiyiniz kimi, Azərbaycanda 2026-cı ildə cari əməliyyatlar balansı 2.8-3 milyard dollar proqnozlaşdırılır”.