BAKI, 17 mart. TELEQRAF
Ötən il Azərbaycan xarici ölkələrə 2.5 milyard dollar birbaşa xarici investisiya yatırıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair Tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycanın xarici investisiyalarında top 5-likdə ilk sırada İsrail yer alır.
S.Nəsirov bildirib ki, hesabat dövründə Azərbaycan iqtisadiyyatına cəlb edilən birbaşa xarici investisiyaların həcmi 6,6 milyard dollar olub:
"İlk üçlükdə Böyük Britaniya və Şimaliİrlandiya Birləşmiş Krallığı (1,7 milyard dollar), Türkiyə (1,2 milyard dollar) və Kipr (750 milyon dollar) yer alıb. Birbaşa xarici investisiyalar üzrə xalis kəsir 986 milyon dollar olub”.