BAKI, 17 mart. TELEQRAF
2025-ci ildə cari əməliyyatlar balansında 3.5 milyard dollar profisit formalaşıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair Tədiyə balansının açıqlanmasına həsr olunan brifinqdə deyib.
Hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 4.6% təşkil edib:
"Cari əməliyyatlar balansının profisitinin bu həcmdə olması makroiqtisadi dayanıqlıq baxımından müsbət hesab edilir. Kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 5.4 milyard dollar, xalis maliyyə öhdəlikləri isə 400 milyon dollar artması səbəbindən 5 milyard dollarlıq kəsir yaranıb. Reallaşmış maliyyə aktivləri 1,4 milyard dollar azalıb".