BAKI, 2 fevral. TELEQRAF
Yanvarda Avropanın yeraltı qaz anbarlarından 23,9 milyard kubmetr qaz çıxarılıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd olunub.
Qeyd edək ki, anbarlardan qaz çıxarılmasının son mövsümü 2025-ci il martın 28-də başa çatıb. Bu zaman doluluq səviyyəsi 33,57% olub. 2026-cı ilin yanvar ayının sonuna Avropanın yeraltı qaz anbarları cəmi 41,13% doludur. Bir il əvvəl bu göstərici 53,6% təşkil edib. Bu dinamikanın əsas səbəbi Avropada kəskin soyuqların hökm sürməsi və region ölkələrinin son beş ilin rekord səviyyəsində qaz sərf etməsi olub.