BAKI, 24 yanvar. TELEQRAF

Son məlumatlara görə, Əbu-Dabidəki danışıqlarda tərəflər Ukraynada sülhə dair bir neçə sənədi öyrənir və müzakirə edirlər.

Teleqraf xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb:

"Ərazilər, zəmanətlər və digər aspektlər müzakirə olunur", deyə mənbə açıqlamasında bildirib.

13:55

ABŞ nümayəndə heyəti Rusiya-Ukrayna müharibəsi ilə bağlı Abu Dabidə keçirilən danışıqlarda “layiqli dözüm” nümayiş etdirir.

Teleqraf xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

***

13:29

Rusiya-Ukrayna müharibəsi ilə bağlı Abu Dabidə keçirilən üçtərəfli danışıqların ikinci günü yenə qapalı şəkildə, mətbuatın iştirakı olmadan keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

BBC-yə danışan mənbə isə danışıqlarda bəzi irəliləyişlərin olduğunu, lakin əsas məsələ olan ərazi məsələsinin hələ həll olunmadığını bildirib.

Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ötən gecə Kiyev və Xarkova həyata keçirilən hücumların yalnız xalqa deyil, eyni zamanda danışıqlar masasına da zərbə vurduğunu söyləyib: “Putinin yeri sülh masasında yox, xüsusi tribunalın mühakimə kürsüsündədir”.

Xatırladaq ki, Rusiya ötən gecə Ukraynanın iki ən böyük şəhəri olan Kiyev və Xarkova hava zərbələri endirib, bir nəfər həlak olub, ən azı 23 nəfər yaralanıb.