ABŞ və Avropa İttifaqı atəşkəsdən sonra Ukraynaya dəstək məqsədilə dövlət və özəl mənbələrdən 800 milyard dollar vəsait toplamağı hədəfləyir.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" yazır.

Məlumata əsasən, 18 səhifəlik sənəddə qeyd olunur ki, qarşıdakı 10 il ərzində ABŞ, Avropa İttifaqı, eləcə də Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq maliyyə qurumları ən azı 500 milyard dollar həcmində dövlət və özəl kapital xərcləməyi öhdələrinə götürüblər.

Sənəddə, həmçinin Avropa Komissiyasının Kiyevin dəstəklənməsi üçün ayrıca təxminən 100 milyard avro ayırmağı planlaşdırdığı bildirilir. Bundan əlavə, Ukraynanın bərpası üçün yaradılacaq investisiya fondundan da məbləği hələ dəqiqləşdirilməyən vəsaitlərin ayrılması nəzərdə tutulur.