BAKI, 24 yanvar. TELEQRAF
Hollandiya hökuməti ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan yeni beynəlxalq quruma qoşulmaqdan imtina edib.
Teleqraf xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər nazirinin səlahiyyətlərini icra edən David van Vil açıqlayıb.
“Xeyr, biz qətiyyən Sülh Şurasında iştirak etməyəcəyik. Avropa İttifaqı ölkələrinin əksəriyyəti də bundan imtina edib”, – deyə o bildirib.
Onun sözlərinə görə, Yaxın Şərq üçün Qəzza ilə bağlı sülh planının mümkün qədər tez həyata keçirilməsi vacibdir.
“Sülh Şurası bu məsələdə daha praqmatik yanaşma nümayiş etdirir, lakin biz Avropa İttifaqında daha prinsipial mövqe tuturuq”, – David van Vil əlavə edib.