BAKI, 24 yanvar. TELEQRAF
NATO şərq cinahında silah və sursat ehtiyatlarını əhəmiyyətli dərəcədə artırmağı və eyni zamanda robot texnologiyasından istifadə edərək yeni müdafiə zonası yaratmağı planlaşdırır.
Teleaqraf xəbər verir ki, bunu İzmirdəki NATO Quru Qoşunları Komandanlığının Əməliyyatlar üzrə Qərargah rəisinin müavini, briqada generalı Tomas Lovin "Welt am Sonntag" qəzetinə verdiyi açıqlamada bildirib.
Qeyd edib ki, konsepsiyanın rəsmi adı Şərq Cinah Dəyişdirmə Xəttidir. Çoxşaxəli müdafiə konsepsiyası düşmənin irəliləməsini dayandırmaq üçün yüksək texnologiyalı həllərin istifadəsini nəzərdə tutur. Rusiya və Belarusla sərhəd boyunca əsasən müşahidə sistemləri və məsafədən idarə olunan və ya yarıavtomatlaşdırılmış sistemlərlə qorunan bir zona yaradılacaq.
Lovin bildirib ki, şərq cinahı boyunca müşahidə texnologiyası yerdə, havada, kosmosda və rəqəmsal məkanda məlumat toplayan cihazlardan ibarət olacaq.