BAKI, 24 yanvar. TELEQRAF

Afrikada ABŞ üçün əsas hərbi prioritet “islamçı terrorçularla” mübarizədir və məqsəd onların ABŞ-ın kontinental ərazisinə zərbələr endirməsinin qarşısını almaqdır. Bu barədə 23 yanvarda ABŞ Müdafiə Nazirliyi tərəfindən açıqlanan yeni Milli Müdafiə Strategiyasında bildirilib.

Teleqraf xəbər verir ki, sənəddə Afrikada əsas hədəf kimi “islamçı terrorçuların regionda sığınacaqlardan istifadə edərək ABŞ-ın kontinental hissəsinə hücumlar planlaşdırmasının qarşısının alınması” göstərilir.

Strategiyada vurğulanır ki, Vaşinqton ABŞ ərazisinə zərbə endirmək qabiliyyəti və niyyəti olan “islamçı terrorçulara” qarşı birbaşa əməliyyatlar aparmaq imkanlarını saxlayacaq.

Bundan əlavə, sənəddə ABŞ-nin Afrikadakı müttəfiqlərinin və tərəfdaşlarının antiterror potensialını gücləndirəcəyi qeyd olunur.