BAKI, 24 yanvar. TELEQRAF
İndoneziyanın Qərbi Yava əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 82 nəfər itkin düşüb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyi məlumat yayıb.
Bildirilib ki, ərazidə güclü yağışlar müşahidə olunur. Yerli rəsmilərin məlumatına görə, torpaq sürüşməsi Qərbi Bandunq bölgəsində yerləşən bir kənddə qeydə alınıb.