BAKI, 24 yanvar. TELEQRAF

İsrailin baş naziri Binyamin Netanyahu yanvarın 24-ü axşam saatlarında Qüdsdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və sahibkar Cared Kuşner ilə görüş keçirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin "N12" telekanalı məlumat yayıb.

Məlumata görə, görüşdə Qəzza zolağı üzrə sülh planının ikinci mərhələsi, Fələstin anklavının bərpasına başlanılması və Misirlə sərhəddə yerləşən “Rafah” keçid məntəqəsinin açılması məsələləri müzakirə olunacaq. Bildirilir ki, bu proses ABŞ prezidenti Donald Trampın planına və onun təşəbbüsü ilə yaradılmış “Sülh Şurası”nın himayəsi altında həyata keçirilməlidir.

Məlumata görə, Vaşinqton İsraildən “Rafah” keçid məntəqəsinin radikal Fələstin hərəkatı HƏMAS son girovun cəsədini təhvil verməzdən əvvəl tam açılmasını tələb edir.