BAKI, 24 yanvar. TELEQRAF
Taylandın “Sülh Şurası”nda iştirakı məsələsi fevralın 8-də keçiriləcək parlament seçkilərindən sonra formalaşacaq yeni hökumət tərəfindən nəzərdən keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə krallığın baş nazirinin səlahiyyətlərini icra edən Anutin Çanvirakun məlumat verib.
Çanvirakun bildirib ki, hazırda ölkədə müvəqqəti hökumət fəaliyyət göstərir və bu səbəbdən məsələ Taylandın maraqları maksimum nəzərə alınmaqla yeni hökumətin müzakirəsinə təqdim olunacaq.
O qeyd edib ki, “Sülh Şurası”na üzvlük sülhyaratma prosesinə töhfə verə, sabitliyin möhkəmlənməsinə və beynəlxalq əlaqələrin genişlənməsinə xidmət edə bilər. Bununla yanaşı, o vurğulayıb ki, təşkilatda iştirak əhəmiyyətli maliyyə xərcləri tələb edir və bu amil növbəti hökumət tərəfindən diqqətlə qiymətləndirilməlidir.