BAKI, 24 yanvar. TELEQRAF
Mülki kollegiya üzrə 2025-ci ildə Ali Məhkəməyə daxil olan mülki işlərin sayında əvvəlki illə müqayisədə azalma, əlavə kassasiya qaydasında Plenuma daxil olan işlərin sayında isə artım müşahidə olunub.
Teleqraf-ın xəbərinə görə, Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclasında bildirib.
Bildirilib ki, mülki işlər üzrə respublika məhkəmələrinə ümumilikdə 234 min 597 iş daxil olub. Bu göstərici ötən dövrlə müqayisədə 8,3 faiz artıb.
Apellyasiya şikayəti verilən işlərin sayı 3,5 faiz artsa da, kassasiya şikayətlərinin sayı 5,9 faiz azalıb.