BAKI, 24 yanvar. TELEQRAF

İtaliyanın baş naziri Corcia Meloni Qəzza zolağında nizamlanma planı çərçivəsində formalaşdırılan “Sülh Şurası”nın mövcud formatını respublikanın konstitusiyasına uyğun olmadığını bildirib.

Teleqraf xəbər verir ki, Meloni bu fikirləri Almaniya kansleri Fridrix Merts ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

Bildirilir ki, İtaliyanın baş naziri ABŞ Prezidenti Donald Trampa şuranın konfiqurasiyasına yenidən baxılması ilə bağlı müraciət edib.

O qeyd edib ki, İtaliya bu təşəbbüsə açıq olsa da, mövcud konfiqurasiya respublikanın konstitusiyasına uyğun gəlmədiyi üçün problem yaradır.

Öz növbəsində Fridrix Merts də hazırkı idarəetmə strukturunu qəbul edə bilmədiyini bildirib. Bununla yanaşı, o, ABŞ ilə birlikdə yeni formatın müzakirəsinə hazır olduqlarını vurğulayıb.