BAKI, 16 yanvar. TELEQRAF
Avropada təbii qazın qiyməti bu həftə 25%-dən çox artıb, bununla da son iki ilin ən böyük artımı qeydə alınıb.
Teleqraf xəbər verir ki, Avropada təbii qaz üzrə əsas göstərici sayılan Niderland fyuçersləri 7,1% bahalaşaraq hər meqavat-saat üçün 35,52 avro səviyyəsində ticarət olunub.
Qeyd edək ki, Avropada qaz anbarlarının doluluq səviyyəsi 52%-dən aşağı düşüb. Bu göstərici beşillik mövsümi orta səviyyə olan təxminən 67% ilə müqayisədə xeyli azdır.