BAKI, 15 yanvar. TELEQRAF
"AFB BANK" ASC-nin 2025-ci il üzrə mənfəəti azalıb.
Teleqraf xəbər verir ki, bankın ötən il üzrə xalis mənfəəti 4 milyon 257.01 min manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7% azdır. 2024-cü ildə bankın mənfəəti 4 milyon 257.01 min manat təşkil edib.
Hesabat dövründə bankın öhdəlikləri 2024-cü ildəki 217 milyon 950,89 min manatdan 345 milyon 273,50 min manata yüksəlib (127 milyon 322,61 min manat və ya 58,41% artım).
2025-ci ilin dekabr ayının 31-nə bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 34,55% artaraq 102 milyon 391,74 min manat təşkil edib (2024-cü ildə - 74 milyon 99,34 min manat).
Hesabat dövründə bankın faiz xərcləri 2024-cü ilin göstəricisi ilə müqayisədə 61,8% artaraq 9 milyon 181,48 min manata çatıb. 2024-cü ildə bankın faiz xərcləri 5 milyon 672,76 min təşkil edirdi. Qurumun cəlb edilmiş kreditlərə görə ödədiyi faizləri isə 87,8% artaraq 2024-cü ildəki 2 milyon 116,13 min manatdan 3 milyon 974,17 min manata yüksəlib.